İranda edama məhkum edilmiş 139 nəfər əfv edilib

Baş səhifə

İranda barələrində edam hökmü çıxarılmış 139 məhkum əfv edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran məhkəmə sisteminin sözçüsü Əli-Əsgər Cahangir bildirib.

O deyib ki, bu, Ali Rəhbərin razılığı ilə həyata keçirilib.

İran məhkəmə sisteminin sözçüsü vurğulayıb ki, həmin şəxslərdən şikayət yoxdur və onların təhlükəsizlik xarakterli cinayət keçmişi olmayıb, əfv edilən məhkumlar törətdikləri əməllərdən peşmanlıq ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir