
Bakı. Trend:
Hazırda dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşır.
Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 13:00-a
olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında
güclü şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti narıncı
xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın
hündürlüyü 2.8 metrdir.

