Azərbaycan bazarında “Android” əməliyyat sisteminin payı artıb.

Baş səhifə

Bakı.Trend:

Azərbaycan bazarında “Android” əməliyyat sisteminin payı
artıb.

“Global Stats Statistika Mərkəzinin” məlumatına görə, 2026-cı
ilin iyul ayının yekunlarına əsasən, “Android” əməliyyat sisteminin
Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 5,74 faiz bəndi
artaraq 60,34 faizə çatıb.

Qeyd olunur ki, “Android” Azərbaycanın əməliyyat sistemləri
bazarında liderliyini qoruyub saxlayıb. Populyarlığına görə ikinci
yeri “Microsoft Windows” tutub. Bu əməliyyat sisteminin payı
əvvəlki ayla müqayisədə 5,71 faiz bəndi azalaraq 26 faizə enib.




Üçüncü yerdə isə bazar payı 10,12 faiz olan iOS qərarlaşıb. İyun
ayı ilə müqayisədə bu göstərici 0,03 faiz bəndi artıb.

“Global Stats”ın məlumatına görə, 2026-cı ilin iyul ayının
yekunlarına əsasən, “Android” dünya üzrə əməliyyat sistemləri
bazarında da liderliyini qoruyub saxlayıb. İkinci yeri “Microsoft
Windows”, üçüncü yeri isə iOS tutub.

Qeyd edək ki, “Android”in rəsmi saytında dərc olunan məlumata
əsasən, “Google” şirkəti dəstəklənən “Pixel” cihazlarının
əksəriyyəti üçün Android 17-ni rəsmi olaraq istifadəyə verib.
Şirkətin məlumatına görə, yeni əməliyyat sistemi versiyası yaxın
aylarda digər istehsalçıların yeni cihazlarında da əlçatan
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir