Almaniyada koronavirusa qarşı peyvənd yaxın aylarda hazır ola bilər.
Bu barədə Almaniyanın səhiyyə naziri Yens Şpan ZDF telekanalına açıqlamasında bildirib.
Y.Şpan peyvəndin immuniteti hansı müddətə qədər müdafiə edə biləcəyi barədə dəqiq bir söz deməyə çətinlik çəkdiyini qeyd edib.