7 yaşlı uşağın boğazından 18 santimetrlik karandaş çıxdı…

Dünya Hadisə

Çinin Zhengzhou şəhərində televiziyada gördüyü qılınc udan “Kunq Fu” ustalarını təqlid edən 7 yaşlı uşağın boğazından 18 santimetrlik karandaş çıxarılıb.
Ailəsi tərəfindən xəstəxanaya aparılan uşağın 18 santimetrlik karandaş udduğu və karandaşın azyaşlının qida borusu ilə mədəsi arasında qaldığı ortaya çıxıb.
6 saatlıq əməliyyatdan sonra karandaşın çıxarıldığı və azyaşlının vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Əməliyyatı həyata keçirən həkim mediaya etdiyi açıqlamada “Karandaşın sivri tərəfi yuxarıya doğru olduğu üçün çox şanslı idi. Aşağı olsaydı mədəsini və həzm sistemini deşə bilərdi” deyib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir