
Bakı. Trend:
“Qəbələ” yeni transferini reallaşdırıb.
Trend xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bölgə təmsilçisi İbrahim Sanqare ilə müqavilə
bağlayıb. 31 yaşlı fransalı futbolçu mərkəz hücumçusu mövqeyində
çıxış edir.
O, son olaraq İsrailin “Hapoel” (Hadera) klubunda forma
geyinib.