İsrail ordusu İrana qarşı yüksək hazırlıq vəziyyətindədir – Eyal Zamir

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu İrana qarşı genişmiqyaslı əməliyyatı bərpa etmək
üçün yüksək hazırlıq vəziyyətindədir.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin
Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.

O, əlavə edib ki, ölkə artıq İran İslam Respublikası daxilində
bir sıra əlavə hədəflər hazırlayıb.




“Biz qələbələrimizi dərinləşdirəcək və İran rejimini daha da
zəiflədəcək güclü və genişmiqyaslı əməliyyatı bərpa etmək üçün
yüksək hazırlıq vəziyyətindəyik. İranda bir sıra əlavə hədəflərimiz
var”, – Zamir bildirib.

O, həmçinin qeyd edib ki, İsrail çoxcəbhəli əməliyyat vasitəsilə
regional reallığı dəyişdirmək üçün tarixi bir fürsətə malikdir.

Zamir qeyd edib ki, ABŞ ordusu ilə əməkdaşlıq və koordinasiya
davam edir və İsrail tərəfi vəziyyəti yaxından izləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir