İran atəşkəsdən sonra ABŞ qüvvələrinə azı 10 dəfə hücum edib – general Keyn

Baş səhifə

Bakı. Trend:

8 aprel tarixli atəşkəs razılaşmasından sonra İran kommersiya
gəmilərinə doqquz dəfə atəş açıb, iki konteyner gəmisini ələ
keçirib və ABŞ qüvvələrinə 10 dəfə hücum edib.

Trend xəbər verir
ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri
Komitəsinin sədri general Den Keyn Müharibə naziri Pit Heqsetlə
birgə keçirdiyi mətbuat konfransında bildirib.

General Den Keyn bildirir ki, İran son yeddi həftə ərzində
iqtisadiyyata zərbə vurmaq məqsədilə dəfələrlə kommersiya
gəmiçiliyini təhdid edib və hücuma məruz qoyub.




Onun sözlərinə görə, İran qlobal təchizat zəncirini özü üçün bir
silaha çevirir və bütün dünya iqtisadiyyatını öz əsarətinə almağa
çalışır çalışır.

Keyn həmçinin bildirib ki, dünən İranın boğazda ABŞ qüvvələrinə
qarşı raket, pilotsuz uçuş aparatları və kiçik qayıqlarla həyata
keçirdiyi hücumlar ABŞ helikopterləri tərəfindən uğurla dəf
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir