Ermənistanda yol qəzasında ölənlərin sayı 6-ya çatdı

Baş səhifə

Ermənistanda baş verən ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

Modern.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına görə, Şirak vilayətinin Ahin kəndi yaxınlığında baş verən qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Həlak olanlardan 2-si azyaşlıdır.

Qəza zamanı 5 nəfər xəsarət alıb. Yaralılardan 3-ü uşaqdır və onlar təcili şəkildə paytaxt İrəvana aparılır.

Məlumata görə, digər yaralıların vəziyyəti ağır və son dərəcə ağır qiymətləndirilir. Onlar reanimasiya şöbəsində müalicə alırlar.

Hadisənin səbəbləri araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir