
Bakı. Trend:
Autizm sindromlu uşaqlarda sosial ünsiyyət pozğunluqları, beynin
səsli informasiyalarının çətinliklə qavranılmaması, sensor
həssaslığının həddindən artıq yüklənməsi və ünsiyyət üçün
motivasiyanın olmaması səbəbindən nitq inkişafdan qala bilir.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı nazirliyin Respublika Psixi
Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova açıqlayıb.
Aygün Ələkbərova qeyd edib ki, çox vaxt uşaq danışmırsa ilk
loqopedlər yada düşür:
“Amma unutmayaq ki, nitq adətən, anlamaqdan aktiv istifadəyə
doğru irəliləyir. Əgər yuxarıda sadaladıqlarımızdan biri müşahidə
olunarsa nitq anlayışını,nitqin anlamasını inkişaf etdirmək mümkün
olmur. Uşaqların səsli nitqə marağını oyatmaq və böyüklərin nitqini
dinləmək bacarığını inkişaf etdirmək üçün təqlid bacarığı
olmalıdır. Autizm sindromlu uşaqlarda nitq mənimsənilməsi çətin
olan sosial alətə çevrilir. Ona görə də, bir çox uşaqlar
qeyri-verbal ünsiyyətdən (jestlər, kartlar) istifadə etməklə
istəklərini bildirirlər. Çox əfsuslar olsun ki, aşağı potensiallı
autizm sindromlu uşaqlarda verbal ünsiyyətin inkişafı müşahidə
olunmayada bilər. Amma yüksən potensialı autizm uşaqlarda zamanında
düzgün tibbi və psixo-pedaqojı müdaxilələr olunarsa nitqin
dinamikası müşahidə olunur. Məsələn, Asperger sindromlu uşaqlar əla
mexaniki yaddaşa sahibdirlər, həvəslə, ədəbi dildə danışa bilirlər,
lakin söhbəti axıcı, maraqlı, davamlı etdirməkdə çətinlik çəkirlər.
Autizm sindromlu uşaqlarla peşəkar psixo-pedaqojı komanda
çalışmalı,ailələri isə hər zaman sevgi və dəstəklərini
əsirgəməməlidirlər”.

