
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Bolqarıstana
81,088 milyon ABŞ dolları dəyərində 268,9 milyon kubmetr təbii qaz
(qaz halında) ixrac edilib.
Trend bu
barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
məbləğ ifadəsində 1,922 milyon dollar və ya 2,4%, həcminə görə isə
53,4 min kubmetr və ya 24,7% artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8
ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr
təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə dəyər baxımından 265 milyon ABŞ dolları və ya 17,1% az,
həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% çoxdur.

