FHN: Yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir- VİDEO

Baş səhifə

Son günlər bəzi ərazilərdə yağan intensiv yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, hazırda Zərdab rayonu ərazisində Nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən müvafiq təhlükəsizik tədbirləri görülür, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir