
Bakı. Trend:
Ermənistanın Antikorrupsiya məhkəməsi “Güclü Ermənistan”
partiyasından baş nazir postuna namizəd olan Samvel Karapetyan
barədə qərarı dəyişməyib.
Trend xəbər
verir ki, bu barədə xarici media məlumat yayıb.
Məhkəmə inzibati nəzarətin tətbiq edilməsi barədə vəsatəti rədd
edib.
Qeyd edək ki, daha əvvəl seçki rüşvətxorluğu ilə bağlı cinayət
işi ilə əlaqədar iş adamı “Güclü Ermənistan” partiyasının beş
tərəfdarı həbs olunub.
Xatırladaq ki, İrəvan məhkəməsi 2025-ci ilin iyununda Samvel
Karapetyanı həbs edib. 2025-ci il dekabrın 30-da Antikorrupsiya
məhkəməsi həbs qətimkan tədbirini ev dustaqlığına dəyişib. Aprelin
15-də keçirilən iclasda müdafiə tərəfi Karapetyanın azadlığa
buraxılması məsələsinə ilk növbədə baxılması barədə vəsatət verib.
Vəkillərin sözlərinə görə, o, gələn həftə partiyanın qurultayında
iştirak etmək niyyətindədir. Aprelin 17-də keçirilən iclas zamanı
Karapetyanın müdafiə komandası ev dustaqlığının ləğv edilməsinin
zəruriliyini bildirərək, müəyyən edilmiş girov məbləğinin
artırılmasını təklif edib. Lakin həmin vaxt məhkəmə Karapetyanın ev
dustaqlığı müddətini üç ay uzadıb.

