“Azəralüminium” ixracdan gəlirini 8%-dən çox artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında “Azəralüminium” MMC ixracdan əldə
etdiyi gəlirlər 42,9 milyon ABŞ dolları təşkil edib.

Trend bu
barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
(İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayına istinadən məlumat
verir.




Məlumata görə, bu,2025-ci ilin yanvar-aprel aylarındakı
göstəricilərlə müqayisədə təxminən 3,3 milyon dollar və ya 8,3 faiz
çoxdur.

Qeyd edək ki, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac
əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin
siyahısına “SOCAR POLYMER” MMC başçılıq edir. Daha sonra bu
siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi, “Azərpambıq Aqrar
Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan
Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərenerji”
ATSC, “Socar Cape” MMC, “Naxçıvan Enerji” MMC.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir