
Bakı. Trend:
“Meta”nın rəhbəri, amerikalı milyarder Mark Zukerberq şirkətdə
aparılan kütləvi ixtisarların səbəbinə aydınlıq gədirib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Zukerberq etiraf edib ki, şirkəti kapitalın yönləndirilməsində
hesablayıcı güclərə fokuslanır. O, yeni ixtisarların aparılacağını
istisna etməyib.
“Meta” rəhbəri əməkdaşlara bildirib ki, şirkətin iki əsas xərc
istiqaməti var: süni intellekt infrastrukturu və insan resursları.
Hesablamalara nə qədər çox vəsait ayrılırsa, insanlar üçün bir o
qədər az vəsait qalır.
İxtisarlara artıq bu aydan başlanacaq və bütün personalın
təxminən 10 faizini əhatə edəcək. Zukerberq bunun son ixtisar
dalğası olacağına zəmanət verməyib: onun sözlərinə görə, süni
intellektin inkişafı və hesablama gücünə tələbat çox sürətlə
dəyişir.
Qeyd edək ki, bu yaxınlarda süni intellekt xərclərinin kəskin
artımı fonunda “Meta”dan 8 minə yaxın əməkdaşın ixtisar olunacağı
ilə bağlı məlumat yayılmışdı.

