ABŞ İranın 14 maddəlik planına cavab verib

Baş səhifə

“ABŞ İranın münaqişənin nizamlanmasına dair təqdim etdiyi 14 maddəlik plana Pakistan vasitəsilə cavab göndərib və Tehran hazırda bu cavabı araşdırır”.

Modern.az İran dövlət telekanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.

Əraqçı, həmçinin vurğulayıb ki, İranın təqdim etdiyi plan yalnız hərbi əməliyyatların dayandırılmasına yönəlib və nüvə məsələlərini əhatə etmir.

“Bizim 14 maddəlik planımız yalnız müharibənin başa çatmasına yönəlib və nüvə sahəsi ilə bağlı məsələləri əhatə etmir”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir