İşğaldan azad edilmiş ərazilərdə gələcəyin inklüziv yaşayış modeli formalaşır – Aygün Əliyeva

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata
keçirilən genişmiqyaslı yenidənqurma işləri müasir və dayanıqlı
şəhərsalma nümunəsi kimi diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurda
“ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan
yaşayış məntəqələri gələcəyin inklüziv yaşayış modelini
formalaşdırır.

Trend xəbər
verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin
İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün
Əliyeva “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı
tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, bu baxımdan Ağalı kəndi xüsusi qeyd
olunmalıdır:

“Ağalı kəndində tətbiq olunan “ağıllı kənd” modeli müasir
texnologiyalar, ekoloji yanaşma və rahat yaşayış prinsipləri ilə
yanaşı, insanların təhlükəsiz, əlçatan və keyfiyyətli mühitdə
yaşamasını hədəfləyir. Bu layihələr göstərir ki, Azərbaycan azad
edilmiş torpaqlarda yalnız yenidən quruculuq deyil, həm də yeni və
müasir urban inkişaf modeli yaradır.




Bu prosesdə vətəndaş cəmiyyəti institutlarının rolu da mühümdür.
Bu baxımdan bugünkü tədbirin təşkilatçıları olan Azərbaycan
Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı və Vətəndaşların
Sosial Rifahı Naminə İctimai Birliyi xüsusi təşəkkürə layiqdirlər.
Bu gün burada müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı da
göstərir ki, inklüziv şəhərlər artıq lokal deyil, qlobal
çağırışdır”.

“İndi WUF13 çərçivəsində bu baxımdan geniş imkanlar olacaq. Onu
da bildirim ki, mayın 16-da Türk dövlətlərinə üzv ölkələrin İkinci
Həmrəylik Formu keçiriləcək. Mayın 19-da isə indiyədək keçirilən
WUF-ların tarixində ilk dəfə olaraq, WUF13 QHT formu keçiriləcək.
Forumda 100-dən artıq ölkədən QHT təşkilatları iştirak edəcək”, – o
əlavə edib.

O qeyd edib ki, Azərbaycan bu il dünyanın ən nüfuzlu urban
inkişaf platformalarından biri olan WUF13 – Ümumdünya Şəhərsalma
Forumuna ev sahibliyi edir. Bu, ölkənin dayanıqlı şəhər inkişafı,
inklüzivlik və insan mərkəzli yanaşma istiqamətində qlobal dialoqa
verdiyi töhfənin göstəricisidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir