
Bakı. Trend:
Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin bir qrup
əməkdaşı “Tərəqqi” medalı ilə təltif ediliblər.
Trend xəbər
verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam
imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Metrologiya İnstitutu” publik
hüquqi şəxsin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif
ediliblər:
Bayramov Elnur Üzeyir oğlu
Bayramov Rasim Əhməd oğlu
Əzizov Əziz Məhəmməd oğlu
Həsənov Ramiz Qaroğlan oğlu
Qurbanov Azər Tengiz oğlu
Musayeva Şəhla Ziyəddin qızı
Osmanov Çingiz Məsim oğlu
Şirinov Namiq Paşa oğlu
Şirinova Mehriban Ramiz qızı.

