DMX rəisi: 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır

Baş səhifə

Şəhrəsalma siyasəti ilə miqrasiya siyasəti bir-birini tamamlamalıdır.

APA xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Miqrasiya prosesləri şəhərlərda daha çox görünür. Dünya əhalisinin 50 faizdən çoxunun şəhərlərdə yaşaması miqrasiya ilə şəhərsalma arasındakı əlaqəni aktuallaşdırıb. Bu prosesdə insanların yeni şəhərlərə yerləşməsi və onların dövlət və sosial xidmətlərə çıxışı müzakirə edilir. Dünyada miqrasiya prosesləri sürətlə artır. 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır”, – rəis bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir