Tramp Rusiya-Çin liderlərinin görüşünü şərh edib

Baş səhifə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, Pekində
keçirilən Rusiya lideri Vladimir Putinin Çin Xalq Respublikasının
Sədri Si Cinpinlə danışıqlarını müsbət qiymətləndirib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir

“Düşünürəm ki, Putinlə Si Cinpinin görüşü yaxşı oldu. Mən
onların hər ikisi ilə yaxşı yola gedə bilirəm”, – deyə ABŞ
prezidenti bildirib.




Tramp həmçinin qeyd edib ki, Putin bu görüşün keçirilməsi
planları barədə onu əvvəlcədən məlumatlandırıb.

Qeyd edək ki, Rusiya Prezidenti 19–20 may tarixlərində Çin Xalq
Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə səfər edib. Görüş
çərçivəsində iki ölkənin liderləri 20 birgə sənədi təsdiqləyiblər.
Onların arasında çoxtərəfli (multipolyar) dünyanın
formalaşdırılması və beynəlxalq münasibətlərin yeni tipinin
inkişafına dair bəyannamə də yer alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir