
Bakı. Trend:
İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın İrana
qarşı yeni hərbi əməliyyat planlaşdırdığını və Tehranın hücumu
cavabsız qoymayacağını bildirib.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Qalibaf bildirib ki, ABŞ-nin həm açıq, həm də gizli hərəkətləri
göstərir ki, iqtisadi və siyasi təzyiqlərə baxmayaraq, o, hərbi
məqsədlərindən əl çəkməyib və yeni bir müharibə mərhələsi
axtarır.
O, İran hakimiyyətinin ABŞ-ı peşman edəcəyinə əmin olduğunu
deyib. Qalibaf əlavə edib ki, Vaşinqton hələ də İranın təslim
olmasına ümid edir. O, potensial hücumlar təhlükəsi səbəbindən
iranlıları əks tədbirlərə hazırlaşmağa davam etmələri barədə
xəbərdar edib.
Spiker əlavə edib ki, İran hökuməti hərbi əməliyyatlar
nəticəsində ölkə iqtisadiyyatının pisləşməsi ilə bağlı vəziyyəti
həll edir.
Mayın 18-də ABŞ prezidenti Donald Tramp Qətər, Səudiyyə
Ərəbistanı və BƏƏ liderlərinin xahişindən sonra mayın 19-da İrana
planlaşdırılan hücumun təxirə salınmasını əmr etdiyini
açıqlayıb.

