
Bakı.Trend:
Avropa İttifaqı və ABŞ nümayəndələri ticarət sazişinin
qanunvericiliklə tənzimlənməsi barədə razılığa gəliblər.
Trend xəbər verir
ki, bu danışıqların əsas iştirakçılarından olan, Avropa
Parlamentində “Avropa Xalq Partiyası” fraksiyasının deputatı
Jelyana Zovko “X” sosial şəbəkəsində paylaşım edib.
“Biz razılıq əldə etdik! … Avropa transatlantik ticarətdə
gərginliyin dağıdıcı eskalasiyasından yayına bildi və Atlantikanın
hər iki tərəfində Avropa şirkətlərini, investisiyaları və
milyonlarla iş yerini qorudu”, – deyə avrodeputat yazıb.
Zovko əlavə edib ki, o, əvvəldən ABŞ-la ticarət müharibəsinin
yolverilməz olduğunu müdafiə edib. Onun sözlərinə görə, ABŞ Avropa
ölkələrinin ən yaxın strateji və iqtisadi tərəfdaşıdır.
“Dünyada artan qeyri-sabitlik şəraitində sınaqdan çıxmış dostlar
tərəfdaş olaraq qalmalı, düşmənə çevrilməməlidirlər”, – deyə Zovko
qeyd edib.

