WUF13-də Şəkinin “Yaşayan irs” filmi təqdim olunub

Baş səhifə

WUF13 çərçivəsində Azərbaycanın Şəki şəhərinin “Yaşayan irs” filmi təqdim olunub.

APA xəbər verir ki, film Şəkinin ənənə ilə müasirliyin vəhdətində inkişaf edən “ağıllı şəhər” kimi gələcəyini əks etdirib.

Ekran işində Şəkinin 2 500 illik İpək Yolu tarixi, 1772-ci il daşqınından sonra yenidən qurulan memarlıq vahidliyi və UNESCO Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi mərkəzi ön plana çıxarılıb.

Filmdə əsas diqqət Şəki Xan Sarayı və Şəbəkə sənətinə yönəlib. Saraydakı freskalar və şəbəkə pəncərələri şəhərin mədəni-estetik kimliyini əks etdirir.

Qeyd edək ki, film AnewZ dəstəyi ilə çəkilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir