Bakı Şəhər Mükafatı WUF-un yeganə beynəlxalq mükafatı seçildi

Baş səhifə

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dizayn və icra baxımından tamamilə inklüziv olub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanışı ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Komitə sədri əlavə edib ki, WUF13-ün mühüm irslərindən biri Azərbaycanın təşəbbüsü ilə təsis edilən Bakı Şəhər Mükafatıdır: “Bu mükafat Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təqdim edilən yeganə beynəlxalq mükafat statusuna malik olacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir