“PAŞA Bank” rəqəmsal məhsullar və ödəniş həllərində əldə olunan nəticələri açıqlayıb

Baş səhifə

Bakı. Trend:

“PAŞA Bank” rəqəmsal məhsullar və ödəniş həlləri istiqamətində
yüksək nailiyyətlər əldə etməkdədir.

Trend xəbər
verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı
direktoru Cavid Quliyev bankın 2025-ci ilin illik maliyyə
nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bankın B2B və rəqəmsal xidmət
transformasiyası çərçivəsində hesab açılışı prosesinin müddəti 4-5
iş günündən 1-2 dəqiqəyə endirilib.

Cavid Quliyev bildirib ki, akvayrinq seqmentində də mühüm
irəliləyişlər əldə olunub. Belə ki, terminalın təqdim edilmə
müddəti 12 gündən 6 günə qədər azaldılıb. Eyni zamanda, “POS
Cashout” xidməti, Dynamic Currency Conversion (DCC) və UnionPay
token əsaslı POS ödəniş həlləri bazara təqdim edilib.

Qeyd olunub ki, yeni həllər və xidmət təkmilləşdirmələri
nəticəsində POS müraciətləri üçün çevik onboarding müddəti 3 gündən
10 dəqiqəyə qədər qısaldılıb.




Bank rəhbəri vurğulayıb ki, təchizat zənciri maliyyələşməsi
(Supply Chain Finance) istiqamətində portfel 3 dəfə artıb və
bazardakı ən yaxın rəqiblərlə müqayisədə əhəmiyyətli inkişaf
nümayiş etdirib.

Bundan əlavə, paylama zəncirinin maliyyələşdirilməsi
(Distribution Chain Finance) üzrə müştərilərin vəsait əldə etmə
müddəti (time-to-cash) 10 dəfə azaldılıb.

Cavid Quliyev qeyd edib ki, “Fast Payment” funksiyasının
istifadəyə verilməsindən sonra bankın aktiv mobil istifadəçi bazası
7 300 nəfəri ötüb.

O əlavə edib ki, müştəri məmnuniyyəti indeksi (CSI) 97,5 faiz
təşkil edib ki, bu da bankın xidmət keyfiyyətinin yüksək səviyyədə
olduğunu göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir