Azərbaycandan avtomobil nəqliyyatı ilə yük daşımaları artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı
vasitələri ilə 4,245 milyard ABŞ dolları dəyərində 1,943 milyon ton
yük daşınıb.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə
istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 107,8 milyon ABŞ dolları və ya 2,6%,
həcm ifadəsində isə 4,929 min min ton və ya 0,2% çoxdur.

Hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 877,3
milyon ABŞ dolları dəyərində təqribən 792,6 min ton yük ixrac
olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə
müqayisədə dəyər ifadəsində 154,3 milyon ABŞ dolları və ya 21,3%,
həcm ifadəsində isə 44 min ton və ya 5,9% çoxdur.




Bu ilin yanvar-aprel aylarında Azərbaycana avtomobil nəqliyyatı
ilə 3,368 milyard ABŞ dolları dəyərində 1,150 milyon ton yük idxal
olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə
dəyər ifadəsində 46,6 milyon ABŞ dolları və ya 1,4%, həcm
ifadəsində isə 39,1 min ton və ya 3,3% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda
yük nəqliyyat vasitələri ilə ümumilikdə 17,403 milyard ABŞ dolları
dəyərində 18,720 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni
dövrü ilə müqayisədə dəyər baxımından 485,7 milyon ABŞ dolları və
ya 2,9% çox, həcm baxımından isə 862,2 min ton və ya 4,4%
azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan
ümumilikdə 11,879 milyard ABŞ dolları dəyərində 15,726 milyon ton
yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 3,1
milyard ABŞ dolları və ya 35,2% artım, həcm ifadəsində isə 73,6
milyon ton və ya 0,5% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-aprel aylarında yüklərin daşınma
vasitələri üzrə Azərbaycana ümumilikdə 5,525 milyard ABŞ dolları
dəyərində 2,995 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin
eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,6 milyard
ABŞ dolları və ya 32,1%, həcm baxımıdan isə 788,6 min ton və ya
20,8% azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir