
Bakı. Trend:
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter
Ştaynmayer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub.
“28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan
xalqına səmimi təbriklərimi çatdırıram.
Bir neçə həftə əvvəl telefon danışığımız zamanı qeyd etdiyim
kimi, Almaniya ikitərəfli münasibətləri daha da genişləndirməkdə
olduqca maraqlıdır. Çoxsaylı həll olunmamış münaqişələr, getdikcə
sürətlənən iqlim dəyişikliyi və yeni geosiyasi gərginliklərlə
səciyyələnən bu dövrdə biz birlikdə mühüm çağırışlarla
üzləşirik.
Bu baxımdan Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılması istiqamətində əldə olunan irəliləyiş xüsusilə
ruhlandırıcıdır. Sizin regionda qalıcı sülhün bərqərar olması
yolundakı səylərinizin tezliklə davamlı uğur qazanmasını arzu
edirəm.
Azərbaycan xalqını milli bayram münasibətilə ürəkdən təbrik
edir, Sizə və ailənizə ən səmimi arzularımı çatdırıram”.

