Əkin sahələri aqrokimyəvi göstəricilər əsasında xəritələşdiriləcək

Baş səhifə

Bakı.Trend:

Əkin sahələri aqrokimyəvi göstəricilər əsasında
xəritələşdiriləcək.

Trend xəbər
verir ki, bu məsələ “Azərbaycan Respublikasında kənd təsərrüfatı,
balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı
sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət
Proqramı”nda əksini tapıb.




Bununla bağlı əsas icraçı qurum Kənd Təsərrüfatı Nazirliyi,
digər icraçı isə İqtisadiyyat Nazirliyidir.

Sənədə əsasən, 2026− 2030-cu illərdə Əkin sahələrinin
aqrokimyəvi göstəriciləri üzrə məlumat bazasının yaradılması, 10
rayon üzrə əkin sahələrinin aqrokimyəvi göstəricilərə uyğun
xəritələşdirilməsi nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir