Denis Beçiroviç Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis
Beçiroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
məktub ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda qeyd olunub:

“Zati-aliləri.

Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz
adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Sizə səmimi təbriklərimi və ölkənizin davamlı tərəqqisi ilə bağlı
ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan
Respublikası arasında mövcud olan dostluq münasibətlərinin hər iki
ölkənin qarşılıqlı mənafeləri naminə bundan sonra da inkişaf
edəcəyinə səmimi olaraq əminliyimi bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir