
Bakı. Trend:
Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevə məktub
ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda deyilir:
“Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza
həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam.
Uca Tanrıya dua edirəm ki, azərbaycanlıları öz cəmiyyətlərini
daha da inkişaf etdirməyə ruhlandırsın. Qoy, onlar ümumi rifah
uğrunda çalışaraq,
hər bir insanın ləyaqətini müdafiə edərək, ehtiyacı olanlara yardım
göstərərək həmişə sülhün tərəfdarı olsunlar.
Zati-alinizə, dövlət işlərinə məsul şəxslərə və bütün
həmvətənlərinizə İlahidən xeyir-dua diləyirəm”.

