
Bakı. Trend:
2026-cı ilin avqustunda tədarükü nəzərdə tutulan qızıl
fyuçerslərinin “Comex” birjasında qiyməti 23 mart 2026-cı ildən
bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 4 200 dollar həddindən
aşağı düşüb.
Trend-in
məlumatına görə, bu barədə ticarət platformasının məlumatlarıda
bildirilib.
Moskva vaxtı ilə 05:33-ə olan məlumata görə, qızılın qiyməti
3,79% ucuzlaşaraq bir troya unsiyası üçün 4 198,2 dollar təşkil
edib.
05:38-ə olan məlumata görə isə ucuzlaşma tempi zəifləyib və
qiymət 3,58% azalaraq bir troya unsiyası üçün 4 207 dollar
səviyyəsində olub.

