Azərbaycan neftinin qiymətində sürpriz artım

Baş səhifə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları və ya 1,14% bahalaşaraq 96,36 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində neftin 1 bareli orta hesabla 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir