UNEC dünyanın ən yaxşı 634-cü universitetidir

Baş səhifə

Bakı. Trend:

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi
tərəfindən “QS dünya universitetləri reytinqi”nin nəticələri
açıqlanıb.

UNEC reytinqdə ötən illə müqayisədə 193 pillə irəliləyərək
634-cü yerə yüksəlib. Bu nəticə ilə UNEC QS reytinqində yer alan
universitetlərin təxminən 57,9 faizini geridə qoyub.

UNEC-in ən güclü göstəricilərindən biri əmək bazarı ilə əlaqəli
indikatorlar olub. Universitet İşəgötürənlərin Reputasiyası
(Employer Reputation) göstəricisi üzrə 126 pillə yüksələrək 253-cü
yerdə qərarlaşıb ki, bu da ölkə üzrə ən yüksək nəticədir.




Beynəlxalq Tədqiqat Şəbəkələri (International Research Network –
IRN) indikatoru üzrə UNEC dünyanın 801+ universiteti arasında yer
alaraq Azərbaycan universitetləri arasında birinci olub.

UNEC Dayanıqlılıq (Sustainability) göstəricisi üzrə də ölkədə
liderliyini qoruyub.

QS reytinqində UNEC bir sıra digər indikatorlar üzrə də
mövqeyini yaxşılaşdırıb. Belə ki, Məzunların Məşğulluq Nəticələri
(Employment Outcomes) indikatoru üzrə UNEC 21 pillə irəliləyərək
dünyada 308-ci yerə, Beynəlxalq müəllim heyəti (International
Faculty) göstəricisində isə 171 pillə irəliləyərək 392-ci yerə
yüksəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir