
Bakı. Trend:
İyunun 21-də Abşeron çimərliklərində 24 dərəcəyədək isti
olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində
şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir
güclənəcəyi gözlənilir.
“Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 21-22 dərəcə isti
təşkil edəcək. Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və
Şıxda isə suyun temperaturu 23-24 dərəcə isti olacaq”,- deyə
qurumun Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

