
Bakı. Trend:
İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq
Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının
20-ci Sessiyasının iştirakçılarına müraciətində bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, İƏT Ermənistanın Azərbaycana
qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə
dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə
qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi
bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və
quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul
edib.
“Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində
Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz
qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk”, – deyə
Prezident İlham Əliyev əlavə edib.

