Albaniya iğtişaşlarında 15 nəfər yaralanıb

Baş səhifə

Bakı.Trend:

Tiranada parlament binası qarşısında baş verən toqquşmalar
zamanı 15 polis əməkdaşı və hökumət əleyhinə keçirilən etiraz
aksiyasının dörd iştirakçısı xəsarət alıb.

Məlumata görə, cümə axşamı keçirilən etiraz aksiyası
nümayişçilərlə polis arasında qarşıdurmaya çevrilib. Etirazçılar
parlament binasının çıxışlarını bağlayaraq plenar iclas başa
çatdıqdan sonra deputatların və nazirlərin binanı tərk etməsinə
mane olublar.




Etirazçılar metal maneələri aşmağa cəhd ediblər. Buna cavab
olaraq polis bibər qazı spreyindən istifadə edib.

Aksiya iştirakçılarından 18 nəfər saxlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir