
Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Rusiyaya
yollanıb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat
yayıb.
Paşinyan Yekaterinburqda keçirilən “İnnoprom-2026” beynəlxalq
sənaye sərgisində iştirak edəcək.
Səfər proqramına əsasən, onun Rusiya Baş naziri Mixail
Mişustinlə görüşü də nəzərdə tutulub.

