Dünya bazarlarında neftin qiyməti 72 dollardan aşağı enib

Baş səhifə

Dünya bazarlarında neft nisbətən ucuzlaşıb.

APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri 0,02 ABŞ dolları və ya 0,03% ucuzlaşaraq bir barel üçün 68,67 ABŞ dolları olub.

ICE London birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,17 ABŞ dolları və ya 0,24% azalaraq 71,95 ABŞ dollarına enib.

Analitiklər qeyd edirlər ki, neft qiymətlərindəki enişə bazar iştirakçılarının qlobal iqtisadi artımın tempi və enerji tələbinin perspektivləri ilə bağlı ehtiyatlı mövqeyi təsir göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir