
Bakı.Trend:
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri Baço
Axalayanı hakimiyyətin zorla devrilməsinə açıq çağırışlar etmək
ittihamı üzrə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Gürcüstanın “İnterpressnews” informasiya agentliyi
məlumat yayıb.
Hökmü hakim Romeo Tkeşelaşvili elan edib. İstintaqa əsasən, Baço
Axalaya 2026-cı il fevralın 16-da keçirilən məhkəmə iclası zamanı
hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi
Bidzina İvanişvilinin hakimiyyətdən devrilməli olduğunu açıq
şəkildə bəyan edib.
Hökm elan olunarkən Baço Axalaya məhkəmə iclasında iştirak
etməyib.
Baço Axalaya 2009–2012-ci illərdə, prezident Mixail
Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanın müdafiə naziri
vəzifəsində çalışıb. O, 2025-ci ilin dekabrında saxlanılıb.

