
Bakı.Trend:
Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə
çatdırılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mikromobillik vasitələrinin sifarişində rekord
göstərici qeydə alınıb.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”na əsasən mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə
çatdırılması planlaşdırılır.
Mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi
sayının artmasına da müsbət təsir göstərir. Belə ki, 2026-cı ilin
iyun ayında velosiped və skuterlər 468 751 dəfə sifariş edilib.
Mikromobillik vasitələrinin sifarişində bu, rekord göstərici hesab
olunur. Ötən ay velosiped və skuterdən istifadəçi sayı 238 351
nəfər, qət edilən məsafə isə 1 009 172 km təşkil edib.

