DPA: Drezdendə silahlı şəxs polisə atəş açıb

Baş səhifə

Almaniyanın Drezden şəhərində yerləşən supermarketlərin birinin yaxınlığında silahlı şəxs polisə atəş açıb.

DPA xəbər verir ki, hadisə şəhərin Fridrixştadt rayonunda baş verib.

Şahidlərin çağırışı əsasında hadisə yerinə gələn polis əməkdaşları Türkiyə vətəndaşı olan 41 yaşlı kişini supermarketin qarşısında saxlayıblar.

Bildirilir ki, saxlanılarkən şübhəli şəxs odlu silahdan polisə doğru atəş açıb. Hadisə nəticəsində polis əməkdaşları və mülki şəxslər arasında xəsarət alan olmayıb.

Polis əməkdaşlarının cavab atəşi nəticəsində yaralanan şəxs xəstəxanaya çatdırılıb. Hazırda onun barəsində hədə-qorxu gəlmə və silah haqqında qanunvericiliyin pozulması maddələri ilə araşdırma aparılır.

Hadisənin motivi hələlik məlum deyil.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir