
Bakı. Trend:
Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il futbol
üzrə dünya çempionatının İngiltərə ilə keçirilən yarımfinal
matçının ən yaxşı oyunçusu seçilib.
Argentina millisi ABŞ-dən olan baş hakim İsmail Elfatın idarə
etdiyi görüşdə İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Bu oyunda
Lionel Messi iki məhsuldar ötürmə edib.
Həmçinin, o, mundial yarımfinalları tarixində meydana çıxan ən
yaşlı oyunçu olub. Bu zaman Messinin yaşı 39 il 21 gün olub.
Əvvəlki rekord əfsanəvi Fritz Valter (Almaniya) və Qunnar Qrenə
(İsveç) məxsus idi. Onlar yaşları 37 il 236 gün olarkən dünya
çempionatının yarımfinalında oynamışdılar.
Messi həm də DÇ-2026-nın bombardilər siyahısına başçılıq edir.
O, fransalı hücumçu Kilian Mbappe ilə eyni sayda – 8 qol vurmasına
baxmayaraq, əlavə göstərici hesab edilən məhsuldar ötürmələrin
sayına görə daha üstün olduğu üçün siyahının ilk pilləsində
qərarlaşıb.

