
Bakı.Trend:
Konqo Demokratik Respublikasında (KDR) laboratoriya şəraitində
təsdiqlənmiş Ebola qızdırmasına yoluxma hallarının sayı son sutka
ərzində 77 nəfər artaraq 2344-ə çatıb.
Bu barədə ölkənin Rabitə və KİV İşləri Nazirliyi gündəlik
bülletenində məlumat yayıb.
Məlumata görə, Ebola virusundan ölənlərin sayı 930 nəfərdir. Son
24 saat ərzində daha 37 nəfər həyatını itirib. Ölüm göstəricisi
39,7 faiz təşkil edir.
Hazırda xəstəxana və təcridxanalarda 724 pasiyent müalicə
olunur. Ebola virusuna yoluxan şəxslərlə təmasda olmuş insanların
izlənilməsi göstəricisi isə 85,8 faizə çatıb.
Ebola virusunun yayılması 15 may tarixində KDR-in şərqində və
Uqandada başlayıb. Xəstəlik Konqonun beş əyalətini əhatə edir.
Hazırda epidemiyanın episentri İturi əyaləti hesab olunur.

