Bakıda çimərlikdə oğurluq

Baş səhifə

Paytaxtın Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq hadisəsi baş verib.

Modern.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində mobil telefon, zinət əşyası, nağd pul və digər şəxsi ləvazimatların olduğu çantasının naməlum şəraitdə talandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən C.Şirinli və A.Şahverdiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların zərərçəkənin dənizdə çimərkən çantasını sahildə qoymasından sui-istifadə edərək oğurluğu törətdikləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir