ABŞ-də yanğın – 8 ölü var

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin Miçiqan ştatında fərdi evlərin birində baş vermiş
yanğından sonra səkkiz nəfərin meyiti aşkarlanıb.

Bu barədə “ABC News” telekanalı hüquq-mühafizə orqanlarına
istinadən məlumat yayıb.

Hadisə Qrand-Heyven şəhərində baş verib. Jurnalistlərin
məlumatına görə, fövqəladə xidmət əməkdaşları bir gün əvvəl səhər
saatlarında yanıq qoxusu ilə bağlı daxil olan məlumat əsasında
evlərdən birinə gəliblər.




Yanğınsöndürənlər alov mənbəyini aşkar etmədikləri üçün ərazini
tərk ediblər. Lakin bir neçə saat sonra binadan ağ tüstünün
qalxdığı barədə yeni çağırış daxil olduqdan sonra yenidən hadisə
yerinə qayıdıblar.

“Bildirmək istəyirəm ki, iki böyük və altı uşaq həyatını
itirib”, – deyə polis kapitanı Ceyk Sparks bildirib.

Onun sözlərinə görə, həlak olanlardan bəzilərinin bədənində
güllə yaraları aşkarlanıb. İlkin ehtimala əsasən, ölənlərin hamısı
eyni ailənin üzvləridir. Mütəxəssislər hələlik onların şəxsiyyətini
və ölümün dəqiq səbəbini müəyyən edə bilməyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir