Rusiyalı diplomat ölkədən çıxarılır

Baş səhifə

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın ölkədəki diplomatlarından birini “persona non grata” (arzuolunmaz şəxs) elan edərək ölkədən çıxarmaq barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Rumıniya XİN məlumat yayıb.

Bildirilib ki, buna səbəb ölkənin hərbi hava qüvvələrinin son üç gün ərzində Rumıniya səmasında üç PUA vurması olub.

Buxarest administrasiyası həmin dronların Rusiyaya məxsus olduğunu bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir