İrandan 7 kilodan çox narkotik vasitənin ölkəyə keçirilməsinin alınıb

Baş səhifə

Bakı.Trend:

İran İslam Respublikasından Azərbaycan Respublikasına
qaçaqmalçılıq yolu ilə 7 kiloqram 698 qram narkotik vasitənin və
790 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin ölkəyə keçirilməsi
cəhdinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.




Məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat
tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram,
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram
marixuana, həmçinin 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi
aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir