Çempionlar Liqası: "Sabah" növbəti mərhələdədir

Baş səhifə

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın KuPS və “Sabah” komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

Modern.az xəbər verir ki, Kupio Mərkəzi Stadionunda təşkil olunan qarşılaşma Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Velko Simiç və Coy Lens Mikels vurublar.

İlk görüşdə də Bakı klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

Adını III raunda yazdıran “Sabah” ən azı Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir