
Bakı.Trend:
İran təslim olduğunu bildirən “ağ bayraq” qaldırmalıdır.
Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”un beynəlxalq müxbiri
Trey Yinqstlə telefon söhbətində bildirib.
Jurnalist müsahibədə Ağ Evin rəhbərinin İran və Oman arasında
gedən dialoqla bağlı fikirlərini öyrənməyə çalışıb.
Trampın cavabı olduqca sərt olub. O, Vaşinqtonun maneə kimi
qiymətləndirəcəyi hər hansı addımın atılması halında sultanlığa
qarşı hərbi əməliyyat keçirəcəyi ilə hədələyib.
Həmin söhbət zamanı Tramp İran məsələsinə də toxunaraq Tehranın
“ağ kapitulasiya bayrağını qaldırmalı olduğunu” bildirib. Bununla
yanaşı, prezident İran üçün heç bir zaman çərçivəsi
müəyyənləşdirmədiyini və bu məsələdə tələsmədiyini vurğulayıb.

