Zaqatalada avtomobil ağaca çırpılıb, sərnişin ölüb

Baş səhifə

Bakı. Trend:

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.

Trend-in
məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun
Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Məhərrəm Ramazanovun idarə etdiyi “VAZ 2170 Priora”
markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində
avtomobildə olan sərnişinlər Sənan Şabanov və Qismət Əliyev xəsarət
alıb, Tunar Ramazanov isə ölüb.




Qeyd edək ki, qəza avqustun 14-də baş verib, Tunar Ramazanov
avqustun 18-də vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir